Əlixan Musayev:
(Xızır )dedi: “Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən.
Bünyadov-Məmmədəliyev:
(Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan).
Elmir Quliyev
:
Он сказал: "У тебя не хватит терпения находиться рядом со мной.
Ələddin Sultanov:
O dedi: “Doğrusu, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən!
Kerbelayi Malik ağa:
(Xızır ə.s): ‘Şübhəsiz ki, sən mənimlə birlikdə (ikən baş verəcək hadisələrə) əsla səbir edə bilməzsən.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, sən qadir olmazsan mənimlə səbr edəsən.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Şübhəsiz, sən mənim yanımda səbr edə bilməyəcəksən.
Kövsər Tağıyev:
Adam belə dedi: “Doğrusu sən mənimlə birlikdə olmağa əsla səbir edə bilməzsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Xızır dedi: "Sən mənimlə bir yerdə dözə bilməzsən.
Sabirə Dünyamalıyeva:
Özünə elm və mərhəmət verilən bəndə: "Şübhəsiz ki, sənin mənimlə birlikdə səbr etməyə taqətin çatmaz.