Əlixan Musayev:
Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
Bünyadov-Məmmədəliyev:
Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).
Elmir Quliyev
:
Если Мы пожелаем, то обезобразим их на их местах, и тогда они не смогут ни двинуться вперед, ни вернуться.
Ələddin Sultanov:
Əgər Biz istəsəydik, onları olduqları yerdə elə bir hala salardıq ki, nə irəli gedə bilər, nə də geri qayıda bilərdilər.
Kerbelayi Malik ağa:
Əgər diləsəydik, əlbəttə onları məkanlarında (olduqları yerdə) dəyişdirərdik (şikəst edərdik). O zaman irəli getməyə və geri dönməyə gücləri çatmazdı.
Ələsgər Musayev:
Əgər istəsəydik oturduqları yerdə onların qiyafələrini dəyişək və onda bacarmazdılar irəli getsinlər və müraciət etsinlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).
Kövsər Tağıyev:
Əgər istəsəydik, onların gözlərini tamamilə kor edərdik, (bu halda) yola düşmək üçün didişərdilər. Amma necə görəcəklər ki?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz istəsəydik, onları öz yerlərindəcə dəyişdirib elə şəklə salardıq ki, onlar nə irəli gedə bilər, nə də geri qayıda bilərdilər.
Sabirə Dünyamalıyeva:
Və əgər Biz istəsəydik, olduqları yerdə onları elə dəyişdirərdik ki, nə irəli getməyə və nə geri dönüb gəlməyə gücləri çatardı.