Əlixan Musayev:
Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.
Bünyadov-Məmmədəliyev:
Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.
Elmir Quliyev
:
Они не взывают помимо Аллаха к другим богам, не убивают душу, которую Аллах запретил убивать, если только не имеют права на это, и не прелюбодействуют. А тот, кто поступает так, получит наказание.
Ələddin Sultanov:
Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər.
Kerbelayi Malik ağa:
Onlar Allah ilə bərabər başqa bir ilaha tapınmazlar. Allahın öldürülməsini haram etdiyi kimsəni haqlı olmadıqca öldürməzlər və zina etməzlər. Kim bunları etsə, cəza ilə qarşılaşar.
Ələsgər Musayev:
O kəslər ki, çağırmazlar Allahla yanaşı başqa ilahi və qətlə yetirməzlər nəfsi, hansı ki, haram edib Allah, ancaq haqq ilə və zina etməzlər. Kim buna əməl edərsə, görəcək cəzasını.
A.Mehdiyev və D.Cəfərli:
Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
Kövsər Tağıyev:
Onlar Allahla yanaşı başqa bir ilaha qulluq etməyən, Allahın haram buyurduğu cana haqsız yerə qıymayan və zina etməyən kimsələrdir. Kim bunları etsə, ağır bir əzaba düçar olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahla yanaşı başqa tanrıya ibadət etməzlər, (öldürülməsi) haqq olan kəsdən başqa (öldürülməsini) Allahın qadağan etdiyi bir kəsi öldürməzlər və zinakarlıq etməzlər. Kim bunu edərsə, cəza ilə üzləşər.
Sabirə Dünyamalıyeva:
Və bax gör ki, Rəhmanın bəndələri, Allah ilə birlikdə başqa bir məbuda yalvarmaz. Allahın haram etdiyi canı öldürməz. -Ancaq haqlı olaraq öldürər.- Zina da etməz. -Və kim bunları etsə, günahla qarşılaşar.