Əlixan Musayev:
Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrindən başqa bir şey deyildir”.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, bu (dirilmə) bizə vəd olunduğu kimi, öncə atalarımıza da (vəd olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!”
Elmir Quliyev
:
Это было обещано нам и еще раньше — нашим отцам. Но это — всего лишь легенды древних народов".
Ələddin Sultanov:
Əlbəttə, bu bizə vəd olunduğu kimi, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
Kerbelayi Malik ağa:
And olsun ki, bu bizə və daha əvvəl də atalarımıza vəd edilmişdi. Ancaq bunlar əvvəlkilərin (əfsanələridir).
Ələsgər Musayev:
Əlbəttə, bu vəd verilmişdi bizə və atalarımıza bundan qabaq! Həqiqətən, bu, ancaq əvvəlkilərin əsatiridir!»
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!».
Kövsər Tağıyev:
“And olsun, biz də, bizdən əvvəl atalarımız da bununla təhdid olunmuşduq. Bu, əvvəlkilərin nağıllarından başqa bir şey deyil”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, bizə və əvvəllər ata-babalarımıza da artıq vəd olunmuşdu. Bu, ancaq əvvəlkilərin əfsanələridir."
Sabirə Dünyamalıyeva:
bizə və daha əvvəl də əcdadımıza bir təhdid olaraq vəd edilmişdi. Bu, ancaq keçmişlərin uydurduğu nağıllardan başqa bir şey deyil" dedilər.