Ali-İmran Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) ona iman gətirənlərdir. Allah möminlərin dostudur!
Elmir Quliyev :
Воистину, самыми близкими к Ибрахиму (Аврааму) людьми являются те, которые последовали за ним, а также этот Пророк (Мухаммад) и верующие. Аллах же является Покровителем верующих.
Ələddin Sultanov:
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər (Mühəmməd əleyhissalam) (ona) iman gətirənlərdir. Allah möminlərin dostudur.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Hz.İbrahimə insanların ən yaxın olanı əlbəttə ona tabe olanlar bu peyğəmbər (Hz. Məhəmməd s.ə.s) amənu olanlardır (Allaha təslim olmağı diləyənlərdir). Allah möminlərin dostudur.
Ələsgər Musayev:
Həqiqətən, dost Ibrahimlə insanlardan o kəslərdir ki, tabedilər ona bu nəbi o kəslər ki, inanırlar Allah dostudur inananların!
A.Mehdiyev və D.Cəfərli:
?lb?tt? insanlar?n (s?ri?tin ?saslar? v? qollar? bax?m?ndan) Ibrahim? ?n yax?n? (onun s?ri?tinin hakim oldugu zamanda) ona tabe olanlar v? h?mcinin, bu Peyg?mb?r (Muh?mm?d-s?ll?llahu ?leyhi v? alihi v? s?ll?m) v? (ona) iman g?tir?n k?sl?rdir. Allah mominl?rin yard?mc?s? v? basc?s?d?r.
Kövsər Tağıyev:
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, əlbəttə, ona tabe olanlar, bir bu peyğəmbər (Muhamməd) möminlərdir. Allah da möminlərin dostudur.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudan da insanlardan İbrahimə ən yaxını onun ardınca gedənlərdir - bu peyğəmbər iman gətirənlərdir. Allah iman gətirənlərin himayəçisidir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanları, əlbəttə onun ardınca gedənlər, bu Peyğəmbər iman edən bu kəslərdir. Allah, möminlərin köməkçi, yol göstərən, himayəçi yaxınıdır.