Əlixan Musayev:
Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
Bünyadov-Məmmədəliyev:
Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?
Elmir Quliyev
:
Тому, кому Мы даруем долгую жизнь, Мы придаем противоположный облик. Неужели они не разумеют?
Ələddin Sultanov:
Biz kimə uzun ömür versək, onu yaradılış etibarilə tərsinə çevirərik (qocaldıb zəif bir hala salarıq). Hələ də dərk etmirlərmi?
Kerbelayi Malik ağa:
Kimin ömrünü uzatsaq, onun yaradılışını tərsinə çevirərək (qüvvətini aradan qaldırarıq). Hələ də düşünmürlərmi?
Ələsgər Musayev:
Və kimə uzun ömür verərik, onu xilqətində əksildərik. Ə, məgər əql etməzlərmi?
A.Mehdiyev və D.Cəfərli:
Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!
Kövsər Tağıyev:
Həmçinin əgər istəsəydik, onları olduqları yerdə başqa məxluqlara döndərərdik, nə irəli gedə bilərdilər, nə də geri dönə bilərdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz kimi uzunömürlü ediriksə, onun yaradılmasını tərsinə çeviririk [aciz və zəlil bir vəziyyətə qaytararıq]. Onlar bir düşünməzlərmi?
Sabirə Dünyamalıyeva:
Və Biz kimə uzun ömür versək, xilqətcə onu tərsinə/təpəsi üstə çeviririk. Buna baxmayaraq hələ də ağıllanmayacaqlarmı?