Zümər Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sur üfürüləcək Allahın istədiyi kimsələrdən başqa göylərdə yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar.
Bünyadov-Məmmədəliyev:
Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail İsrafildən, yaxud ərşi daşıyan mələklərdən ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!
Elmir Quliyev :
Но подуют в Рог, и тогда потеряют сознание (или умрут) те, кто на небесах, и те, кто на земле, кроме тех, кого Аллах пожелает оставить. Потом в него подуют еще раз, и тогда они встанут и будут смотреть.
Ələddin Sultanov:
Sura üfürüldüyü zaman Allahın istədiyi kimsələr istisna olmaqla, göylərdə yerdə kim varsa, hamısı dərhal öləcək. Sonra bir daha ona üfürüldükdə onlar (qəbirlərindən) qalxıb (ətraflarına) baxacaqlar.
Kerbelayi Malik ağa:
Sura üfürülmüş, Allahın dilədikləri istisna olmaqla, göylərdə yerdə olanlar ölmüşlər. Sonra ona (sura) bir daha üfürüldüyü zaman onlar ayağa qalxaraq baxacaqlar.
Ələsgər Musayev:
üfürülər surda məhv olar kim ki, səmalarda kim ki, ərzdədir, hamısı ildırım vurmuş kimi, ancaq o kəslərdən başqa ki, Allah istəyir. Sonra bir üfürülər ona onlar ayağa qalxaraq baxarlar.
A.Mehdiyev və D.Cəfərli:
Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər).
Kövsər Tağıyev:
Sura üfürülər Allahın istədiyi kimsələr xaric göylərdəki hər kəs yerdəki hər kəs ölər. Sonra ona bir daha üfürülər, bir görərsən ki, onlar qalxıb gözləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sur çalınacaq Allahın istədiyi kəslərdən başqa göylərdə yerdə kim varsa düşüb öləcəkdir. Sonra sur bir daha çalınacaqdır, onlar (qəbirlərindən) çıxıb baxışacaqlar.
Sabirə Dünyamalıyeva:
sur üfürülmüşdür[#250] Allahın istədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa hamısı vurulub yıxılmışdır. Sonra o [sur] bir daha üfürüləndə onlar qalxmış, qarşıda [hazır] dayanıb baxırlar.