Əraf Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm.
Bünyadov-Məmmədəliyev:
Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.
Elmir Quliyev :
Я доношу до вас послания от вашего Господа, и я для вас надежный и добрый советчик.
Ələddin Sultanov:
Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm sizin üçün etibarlı bir nəsihətçiyəm.
Kerbelayi Malik ağa:
Rəbbimin risalələrini (göndərdiklərini) sizə təbliğ edirəm. Mən əmin (etibarlı) bir nəsihət vericiyəm.
Ələsgər Musayev:
Mən Rəbbimin risalətini sizə təbliğ edirəm mən sizin üçün əmin nəsihət edənəm.
A.Mehdiyev və D.Cəfərli:
ki, Rəbbimin tapşırıqlarını sizə çatdırıram mən sizin üçün inanılmış bir nəsihətçiyəm.
Kövsər Tağıyev:
“Rəbbimin vəhy etdiklərini sizə təbliğ edirəm. Mən sizin üçün etibar edəcəyiniz bir nəsihətçiyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimin risalələrini sizə yetirirəm. Mən sizin etibarlı nəsihətçinizəm.
Sabirə Dünyamalıyeva:
Sizə Rəbbimin göndərdiklərini təbliğ edirəm mən sizin üçün etibarlı bir nəsihətçiyəm.