Yusif Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Yusufun yanına daxil olduqda o, qardaşını bərk-bərk qucaqlayıb dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların tutduqları işlərə görə kədərlənmə”.
Bünyadov-Məmmədəliyev:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!”
Elmir Quliyev :
Когда они вошли к Йусуфу (Иосифу), он прижал к себе своего брата и сказал: "Воистину, я твой брат. Пусть не печалит тебя то, что они совершали".
Ələddin Sultanov:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!” (Təfsirlərdə qeyd olunan rəvayətlərə görə, Həzrət Yusif qardaşlarına qonaqlıq vermiş onları iki-iki oturtmuşdu. Bünyamin tək qalınca ağlayaraq: “Əgər qardaşım Yusif sağ olsaydı, o da mənimlə oturardı”, - demişdi. Həzrət Yusif onu öz yanına oturtmuş, yeməkdən sonra isə qardaşlarını iki-iki otaqlarda qonaq etmişdi. Yenə Bünyamin tək qalınca Həzrət Yusif: “Bunun ikincisi yoxdur. Elə isə bu mənimlə qalsın!” demişdi. Beləcə, onu öz otağında qonaq etmiş Bünyaminə: “Ölən qardaşının yerinə məni qardaş olaraq qəbul edərsənmi?” demiş, Bünyamin də: Sənin kimi bir qardaşı kim istəməz?! Lakin sənin atan Yaqub, anan isə Rahilə deyil”, - deyə cavab vermişdi. Bunu eşidən Həzrət Yusif ağlayaraq Bünyaminin boynuna sarılmış özünün Yusif olduğunu açıqlamışdı.)
Kerbelayi Malik ağa:
Yusifin (ə.s) hüzuruna daxil olduqları zaman öz qardaşını yanına aldı. ‘Mən həqiqətən sənin qardaşınam, artıq onların etdikləri şeylərə görə kədərlənmə.’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, Yusifin yanına daxil oldular, qardaşını yanına qəbul etdi. Dedi: «Həqiqətən, mən sənin qardaşınam məyus olma ilə ki, oldular əməllilər!»
A.Mehdiyev və D.Cəfərli:
onlar Yusufun hüzuruna daxil olanda o, qardaşını (Binyamini) öz yanında oturtdu (və ona) dedi: «Həqiqətən mən sənin qardaşınam. Odur ki, (bu qardaşların indiyə kimi mənim sənin barəndə) etdiklərinə kədərlənmə».
Kövsər Tağıyev:
Yusufun hüzuruna girdikləri zaman o, qardaşı Bünyamini bağrına basdı (gizlicə): “Xəbərin olsun, mən sənin qardaşınam, daha onların etdiklərinə görə məyus olma”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Yusufun yanına daxil olanda o, qardaşını bağrına basaraq "Mən sənin qardaşınam. Onların tutduqları işdən kədərlənmə", - dedi.
Sabirə Dünyamalıyeva:
Yusifin yanına daxil olanda, Yusif, qardaşını yanına aldı: "Həqiqətən, mən sənin qardaşının elə özüyəm! Bundan ötrü onların etmiş olduqlarından kədərlənmə!"