Nəhl Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra bütün meyvələrdən ye Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Sonra bütün meyvələrdən ye Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!
Elmir Quliyev :
А потом питайся всевозможными плодами и следуй по путям твоего Господа, которые доступны тебе". Из брюшков пчел исходит питье разных цветов, которое приносит людям исцеление. Воистину, в этом знамение для людей размышляющих.
Ələddin Sultanov:
Sonra bütün meyvələrdən ye Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır.
Kerbelayi Malik ağa:
Sonra bütün meyvələrdən (çiçəklərdən) yeyin! Rəbbinin asanlaşdırdığı yollarla uçun. Onun qarnından müxtəlif rənglərdə bal çıxar. Onda insanlar üçün şəfa vardır. Şübhəsiz ki, bunda təfəkkür edən bir qövm üçün əlbəttə bir ayə (dəlil) vardır.
Ələsgər Musayev:
Sonra külli səməratdan ye Rəbbinin yolunu asanlıqla tutub get!» Onların bətnlərindən müxtəlif rəngli içkilər xaric olur ki, onda insanlar üçün şəfa vardır. Həqiqətən, bunda təfəkkürlü olan qoum üçün ayətlər var.
A.Mehdiyev və D.Cəfərli:
«Sonra bütün meyvələrdən (və ağac bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram itaətkarlıqla get pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət dərmanın düzəldilmə mexanizmində onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
Kövsər Tağıyev:
“Sonra bütün meyvələrdən ye, Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get”. Onların qarınlarından müxtəlif rənglərdə bal çıxar. Onda insanlar üçün şəfa var. Şübhəsiz, bunda düşünən bir toplum üçün bir ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə bütün məhsullardan qidalanın Rəbbinizin göstərdiyi istiqamətdə iz buraxmaqla yol açıb gedin.” Onların qarınlarından müxtəlif rəngli içki (bal) çıxır ki, bunda da insanlar üçün şəfa vardır. Həqiqətən, düşünən adamlar üçün bunda bir ibrət vardır.
Sabirə Dünyamalıyeva:
Onların qarınlarından rəngləri müxtəlif olan bir içki çıxar, onda insanlar üçün şəfa vardır. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir qövm üçün, həqiqətən bir işarət/nişanə var.