Əlixan Musayev:
Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.
Bünyadov-Məmmədəliyev:
Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq (və ya Bizə qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz.
Elmir Quliyev
:
Или же вы уверены в том, что Он не вернет вас в море еще раз, чтобы наслать на вас ураганный ветер и потопить вас за неверие? Ведь тогда никто не станет мстить Нам за вас!
Ələddin Sultanov:
Yoxsa Onun sizi təkrar ora (dənizə) qaytarıb üstünüzə şiddətli bir fırtına göndərərək (Rəbbinizin birliyini) inkar etdiyinizə görə sizi suda boğmayacağından əminsinizmi? Sonra buna görə Bizə qarşı sizin üçün (intiqamınızı alan) bir köməkçi də tapa bilməzsiniz.
Kerbelayi Malik ağa:
Başqa bir zaman sizi oraya (geri) döndərməsindən beləcə sizin üzərinizə şiddətli, dağıdıcı bir fırtına göndərib inkarlarınıza görə sizi dənizdə boğmayacağından əminmi oldunuz? Sonra Bizə qarşı (boğulmamağınız) üçün (sizi qoruyacaq) bir köməkçi tapa bilməzsiniz.
Ələsgər Musayev:
Yoxsa əmin oldunuz ki, sizi bir daha ora
qaytarmaya və sizin üzərinizə məhv edən külək göndərib
küfrünüzə görə sizi qərq etməyə? Sonra Bizim əleyhimizə sizin
üçün kömək edən tapılmaz.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!
Kövsər Tağıyev:
Yaxud sizi yenidən dənizə qaytarıb üstünüzə şiddətli bir fırtına yollayaraq nankorluğunuz səbəbi ilə sizi qərq etməyəcəyindən – ki, sonra bizə qarşı sizə kömək olacaq bir kəs də tapa bilməzsiniz – əminsinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud Onun, sizi bir də oraya [dənizə] qaytarıb, üzərinizə dağıdıcı bir külək göndərməsinə və etdiyiniz naşükürlüyə görə sizi qərq etməsinə əminmi oldunuz? Sonra isə özünüz üçün orada Bizdən intiqam alacaq bir kəs tapa biləməzsiniz.
Sabirə Dünyamalıyeva:
Yaxud da sizi dənizə qaytarmayacağından, üstünüzə qasırğalar göndərməyəcəyindən və beləliklə də etdiyiniz nankorluq səbəbiylə sizi boğmayacağından xatircəmsinizmi? Sonra bu etdiyimizə qarşı, Bizim əleyhimizdə sizə kömək edəcək bir himayəçi tapa bilməzsiniz.