Kəhf Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “İnşallah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “İnşallah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”
Elmir Quliyev :
Муса (Моисей) сказал: "Если Аллах пожелает, то ты увидишь, что я терпелив, и я не ослушаюсь твоего веления".
Ələddin Sultanov:
Musa dedi: “İnşallah, sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam!”
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘İnşaallah məni səbirli görəcəksən. Sənə əmrlərdə asi olmayacam.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Inşallah, sən məni səbr edənlərdən taparsan sənin əmrinə asi olmaram!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Tezliklə, Allahın istəyi ilə məni(m) səbrli (olduğumu) görəcəksən heç bir əmrində sənə itaətsizlik etməyəcəyəm.»
Kövsər Tağıyev:
Musa: “İnşallah səbirli olduğumu görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "İnşaallah, sən məni dözümlü görərsən mən sənin heç bir əmrindən çıxmaram".
Sabirə Dünyamalıyeva:
Musa: "İnşallah mənim səbirli biri olduğumu görəcəksən sənin heç bir işinə etiraz etməyəcəyəm" dedi.