Taha Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”.
Bünyadov-Məmmədəliyev:
Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”
Elmir Quliyev :
Брось то, что держишь в своей деснице, и оно проглотит содеянное ими. Воистину, содеянное ими это козни колдуна, а колдун не преуспеет, куда бы он ни пришел".
Ələddin Sultanov:
Sağ əlindəkini at ki, onların düzəltdiklərini (sehrbazlıq vasitələrini) udsun. Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!” (Beləcə Həzrət Musa əlindəki əsanı yerə atmış bir möcüzə olaraq onun əsası böyük bir ilana çevrilib sehrbazların sehrbazlıq vasitələrini udmuşdu.)
Kerbelayi Malik ağa:
Sağ əlindəkini (əsanı) at, onların etdiyi şeyləri udacaq. Onların etdikləri yalnız sehrbaz hiyləsidir sehrbazlar haradan gəlirsə gəlsinlər, fəlaha (qurtuluşa) çata bilməzlər.
Ələsgər Musayev:
At ki, sağ əlində var, onların etdiklərini udsun. Həqiqətən, onların etdikləri sehr fəndidir. Sehrkar hara olursa olsun nicat tapmaz!»
A.Mehdiyev və D.Cəfərli:
Sağ əlində olanı (yerə) at ki, onların qurduqlarının hamısını udsun. Çünki onların qurduqları cadugər hiyləsidir cadugər hara getsə (və göstərsə) qalib gəlməz nicat tapmaz.
Kövsər Tağıyev:
“Sağ əlindəkini (əsanı) at ki, onların etdiklərini udsun. Şübhəsiz, etdikləri bir sehrbaz hiyləsidir. Sehrbaz isə haraya getsə, qurtuluşa nail olmaz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sağ əlindəkini yerə at. O, onların düzəltdiklərini tutub udacaqdır. Onların düzəltdikləri ancaq sehrbaz kələyidir. Sehrbaz isə (hansı sehri) edir etsin, xoşbəxt olmaz".
Sabirə Dünyamalıyeva:
Sən sahib olduğun təcrübəni meydana qoy; o, onların meydana çıxardıqlarının hamısını udsun. Şübhəsiz ki, onların etdikləri ancaq bir göz boyayanın hiləsidir. Göz boyayıb aldadan adam isə, hara gedərsə getsin zəfər qazana bilməz, müvəffəq ola bilməz" dedik.