Əlixan Musayev:
Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və (bunu da) hiss etmirlər.
Bünyadov-Məmmədəliyev:
Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.
Elmir Quliyev
:
Часть людей Писания желает ввести вас в заблуждение. Однако они вводят в заблуждение только самих себя и не ощущают этого.
Ələddin Sultanov:
Kitab əhlindən bir dəstə sizi yolunuzdan döndərmək istədi. Halbuki onlar yalnız özlərini haqq yoldan döndərirlər, lakin (bunu) dərk etmirlər.
Kerbelayi Malik ağa:
Əhli Kitabdan bir qrup sizi dəlalətə düşürməyi dilədi. Onlar özlərindən başqasını dəlalətə düşürə bilməzlər. Onlar dərk etmirlər.
Ələsgər Musayev:
İstərdi bir
tayfa əhli kitabdan ki, zəlalətə salsın sizi. Zəlalətə salarlar
ancaq öz nəfslərini və şüursuzdurlar!
A.Mehdiyev və D.Cəfərli:
Kitab ?hlinin bir d?st?si sizi azd?rmaq ist?yir, halbuki onlar ozl?rind?n basqa hec kimi azd?rm?rlar v? (bunu) d?rk (d?) etmirl?r (cunki, bu q?lbi v? ya ?m?li ist?yin gunah? onlar?n ozl?rini yaxalayacaqd?r).
Kövsər Tağıyev:
Kitab əhlindən bir dəstə sizi yoldan çıxarmağı çox arzu etdi. Halbuki yalnız özlərini yoldan çıxarırlar, ancaq bunun fərqinə varmırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhlindən bir dəstə sizi yoldan azdırmaq istər. Onlar ancaq öz-özlərini azdırırlarda [bunu] duymurlar.
Sabirə Dünyamalıyeva:
Kitap əhlindən bir tayfa sizi azdırmaq istədi. Halbuki onlar, yalnız özlərini düz yoldan azdırırlar, fərqinə də varmırlar.