Ənam Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müttəqilər onların törətdiklərinə görə azca da olsa məsuliyyət daşımırlar. Lakin xatırlatmaq lazımdır ki, bəlkə (Allahdan) qorxalar.
Bünyadov-Məmmədəliyev:
Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun təsirilə) pis əməllərdən çəkinsinlər.
Elmir Quliyev :
Те, которые богобоязненны, не несут никакой ответственности за их расчет. Они должны лишь напоминать им, быть может, они устрашатся.
Ələddin Sultanov:
Onların (etdikləri günahlara görə) haqq-hesaba çəkilmələrində təqva sahiblərinin heç bir məsuliyyəti yoxdur. Lakin çəkinmələri ümidi ilə onlara nəsihət vermək lazımdır.
Kerbelayi Malik ağa:
Təqva sahibi olan kəslərə onların hesabından bir şey (məsuliyyət, cavabdehlik) yoxdur. Lakin xatırlatmalıdır. Beləcə onlar təqva sahibi olarlar.
Ələsgər Musayev:
Yoxdur üzərində o kəslərin ki, təqvalıdırlar, hesabından onların şeydən lakin yad etmədir, ola ki, onlar təqvalı olsunlar!
A.Mehdiyev və D.Cəfərli:
Onların (əməl cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq nəsihətdir (ki), bəlkə çəkindilər.
Kövsər Tağıyev:
Allaha qarşı gəlməkdən çəkinənlərə onların hesabından bir şey (cavabdehlik) yoxdur. Lakin onların üzərinə düşən bir xatırlatmadır. Bəlkə çəkinələr.
M.Qənioğlu və T.Bilaloğlu:
Müttəqilərin üzərinə onların verəcəyi haqq-hesabdan heç düşmür. Lakin bu, bir xatırlatmadır ki, bəlkə onlar (Allahdan) qorxalar.
Sabirə Dünyamalıyeva:
Allahın mühafizəsi altına daxil olan kəslərə o şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlərin haqq-hesabından bir şey yoxdur. Lakin [bu] Allahın mühafizəsi altına daxil olmaqları üçün bir xatırlatmadır!