Əraf Surəsi 69. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.
Bünyadov-Məmmədəliyev:
Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”
Elmir Quliyev :
Неужели вы удивляетесь тому, что напоминание от вашего Господа дошло до вас через мужчину, который является одним из вас, чтобы он мог предостеречь вас? Помните о том, как Он сделал вас преемниками народа Нуха (Ноя) и сделал вас еще более рослыми. Помните о милостях Аллаха, быть может, вы преуспеете".
Ələddin Sultanov:
Sizi xəbərdar etmək üçün sizdən bir adam vasitəsilə Rəbbinizdən sizə bir öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz? Xatırlayın ki, O sizi Nuh qövmündən sonra onun yerinə gətirdi sizi yaradılış etibarilə daha cüssəli etdi. Ona görə Allahın nemətlərini xatırlayın ki, bəlkə, nicat tapasınız!”
Kerbelayi Malik ağa:
Sizi xəbərdar etməsi üçün sizdən (içinizdən) bir adama Rəbbinizdən bir zikr gəlməsinəmi təəccübləndiniz? Nuh qövmündən sonra sizi xəlifələr etdiyini (onların yerinə sizi gətirdiyini) yaradılışda sizin gücünüzü artırdığını xatırlayın. Artıq Allahın üzərinizdəkilərini (nemətlərini) zikr edin ki, beləcə qurtuluşa çatarsınız.
Ələsgər Musayev:
Ya təəccüb etdiniz ona ki, Rəbbiniz tərəfindən yad etmə sizdən olan bir kişiyə gəldi ki, o, sizin nəzərinizə çatdıra? Yad edin, onda ki, O sizi Nuh qoumundan sonra xəlifə etdi xilqətdə artırdı sizi. Yad edin Allahın nemətlərini, ola ki, nicat tapasınız!»
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin diliylə sizi (Allahın əzabı ilə) qorxutmaq üçün bir zikrin gəlməsinə (peyğəmbərlik yaxud möcüzənin aşkar edilməsi ya Nuhun kitab şəriətinin çatdırılmasına) təəccüb etdiniz? Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi cismin bədən qüvvələrinin yaradılmasında sizə üstünlük əta etdi. Buna görə Allahın nemətlərini xatırlayın, bəlkə nicat tapdınız».
Kövsər Tağıyev:
“Sizi xəbərdar etməsi üçün aranızdan bir adam vasitəsilə Rəbbinizdən sizə bir zikr (vəhy öyüd) gəlməsinə təəccübləndinizmi? Xatırlayın ki, Allah sizi Nuh qövmündən sonra onların yerinə gətirdi sizi yaradılış etibatilə daha güclü etdi. Allahın nemətlərini xatırlayın ki, nicat tapasınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə xəbərdarlıq etmək üçün öz içərinizdən olan bir adama Rəbbinizdən bir tövsiyə gəlməsinə məgər təəccüb edirsiniz? Xatırlayın ki, O, sizi Nuh camaatından sonra onlara necə xələflər etdi sizi xilqətcə daha güclü etdi. Allahın yaxşılıqlarını yada salın ki, bəlkə nicat tapasınız!"
Sabirə Dünyamalıyeva:
Sizə xəbərdalıq etməsi üçün sizin aranızdan bir kəs vasitəsi ilə Rəbbinizdən sizə bir öyüd/kitab gəlməsinə təəccübmü edirsiniz? Fikirləşin ki, O, sizi Nuh qövmündən sonra, xəlifələr, sonradan gələn nəsillər təyin etdi xilqətdə boy-buxun baxımından sizi artırdı. Nicat tapmaq üçün Allahın nemətlərini yadınıza salın." dedi.