Əlixan Musayev:
Ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Вкушайте то, что вы захватили дозволенным и честным путем, и бойтесь Аллаха. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ona görə də əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Artıq qənimət olaraq əldə etdiyiniz şeylərdən halal və təmiz olaraq yeyin! Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Yeyin nədən ki, qənimətdir sizə halal, pak və Allahdan qorxun. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də qənimət kimi əldə etdiyiniz şeydən (Bədr döyüşünün qənimətləri və əsirlərin fidyəsindən) halal və pak olaraq yeyin. (Bu, səmavi şəriətlərdə döyüş qənimətləri və fidyələri barəsində olan ilk icazədir və bu icazə ilə surənin onları «ənfal» olaraq Peyğəmbərin ixtiyarında qoyan birinci ayəsi arasındakı ziddiyyəti 41-ci ayədəki bölgü aradan qaldırır.) Allahdan qorxun ki, əlbəttə Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Artıq əldə etdiyiniz qənimətdən halal və təmiz olaraq yeyin. Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Döyüşdə) əldə etdiyiniz qənimətdən halal xoşluqla yeyin və Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Artıq əldə etdiyiniz qənimətdən halal və xoş olaraq yeyin və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.