Hud Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öləndən sonra diriləcəksiniz!”– desən, kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər.
Bünyadov-Məmmədəliyev:
Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” deyə cavab verərlər.
Elmir Quliyev :
Он Тот, Кто создал небеса и землю за шесть дней, когда Его Трон находился на воде , дабы испытать, чьи деяния будут лучше. Если ты скажешь: "Вы будете воскрешены после смерти", то неверующие скажут: "Это не что иное, как очевидное колдовство!"
Ələddin Sultanov:
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, kafirlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər. (Ərş kainatdakı hər şeyi əhatə edən mahiyyətini bilmədiyimiz bir şeydir.)
Kerbelayi Malik ağa:
‘Hansınız ən gözəl əməli işləyəcək?’ deyə sizi imtahan etmək üçün səmaları yer üzünü 6 gündə yaradan Odur. Onun ərşi su üzərində idi. Əgər sən: ‘Şübhəsiz ki, siz ölümdən sonra bəas ediləcəksiniz (dirildiləcəksiniz).’ desən kafir olan kəslər mütləq (belə) deyərlər: ‘Bu ancaq açıq-aşkar bir sehrdir.’
Ələsgər Musayev:
O Odur ki, səmaları ərzi altı gündə xəlq etdi. Onun ərşi su üzərində oldu, ondan ötrü ki, sizi imtahan etməsi üçün, kim sizdən əməldə daha yaxşıdır. Əgər desən ki: «Həqiqətən, siz qaldırılacaqsınız öləndən sonra!», - o kəslər ki, kafirdirlər, deyəcəklər: «Bu, ancaq aşkar sehrdir!»
A.Mehdiyev və D.Cəfərli:
Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.
Kövsər Tağıyev:
O, hansınızın əməl baxımından daha yaxşı olacağı barəsində sizi sınağa çəkmək üçün hələ Ərşi su üstündə ikən göyləri yeri altı gündə (altı mərhələdə) yaradandır. Hal belə ikən “Ölümdən sonra şübhəsiz, dirildiləcəksiniz”, desən, inkarçılar: “Bu, açıq-aşkar bir sehrdir”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Taxtı-tacı su üzərində ikən, hansınız daha yaxşı işlər görər deyə sizi sınamaq üçün göyləri yeri altı gündə yaradan Odur. Əgər sən desən ki: "Siz öləndən sonra diriləcəksiniz", küfr edənlər, əlbəttə deyərlər: "Bu, ancaq aşkar bir sehrdir".
Sabirə Dünyamalıyeva:
Allah, hansınızın daha gözəl əməl işləyəcəyini imtahan etmək üçün göyləri yeri altı mərhələdə yaradandır. -Kainat, əvvəlcə su halında idi; Onun taxtı[#205] su üstündə idi; Allah o mərhələdə hökmran, planlayıb idarə edən idi.- əgər onlara, "Həqiqətən siz öldükdən sonra dirildiləcəksiniz" desən, o kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər] həqiqətən sənə, "Bu, açıq-aydın bir sehrdən/sehrbazdan başqa bir şey deyil" deyəcəklər.