Əlixan Musayev:
Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Yerusəlimdəki) məscidə girdikləri kimi (yenə də) ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).
Bünyadov-Məmmədəliyev:
Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidüləqsaya) birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində sizi qətl edib, məbədinizi dağıdıb, yurdunuzu viran qoydular).
Elmir Quliyev
:
Мы сказали: "Если вы творите добро, то поступаете во благо себе. А если вы вершите зло, то поступаете во вред себе". Когда же наступил срок последнего обещания, Мы позволили вашим врагам опечалить ваши лица, войти в Иерусалимскую мечеть подобно тому, как они вошли туда в первый раз, и до основания разрушить все, что попадало им в руки.
Ələddin Sultanov:
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik). (Təfsirlərdə İsrail oğullarının ikinci müsibətə məruz qalmalarının səbəbi olaraq Yəhya peyğəmbəri öldürmələri və yaxud İsa peyğəmbəri öldürməyə cəhd etmələri göstərilir.)
Kerbelayi Malik ağa:
Əgər əhsən davransanız, nəfsiniz üçün ən yaxşısı olar. Əgər pis davransanız, artıq o da ona (nəfsinizə) aiddir. Beləcə sonrakının (ikinci fəsadınızın) vədəsi gəldiyi zaman üzünüzü qara etsinlər və məscidə ilk dəfə girdikləri kimi girsinlər. Üstünlük əldə etdiyiniz şeyləri məhv edib həlak etsinlər.
Ələsgər Musayev:
Əgər yaxşılıq
edirsiniz, öz nəfsiniz üçün yaxşılıq edirsiniz və əgər pislik
edirsiniz, öz nəfsiniz üçündür. Onda ki, axırıncı vədə gəldi,
ta sizin üzünüzü qaraltmaq üçün və daxil olmaq üçün səcdə
yerinə, nə qədər əvvəldə daxil olmuşdular və hər nə üzərində
üstünlük tapsalar həlak edərdilər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik).
Kövsər Tağıyev:
Yaxşılıq etsəniz, özünüzə etmiş olarsınız, pislik etsəniz, yenə özünüzə etmiş olarsınız. İkinci fitnə-fəsadın vaxtı gəldikdə üzünüzü qara etsinlər, daha əvvəl girdikləri kimi yenə məscidə (Beyti-Məqdisə) girsinlər və əllərinə keçirdikləri hər şeyi yerlə bir etsinlər deyə (üstünüzə yenə düşmənlərinizi göndərdik).
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olursunuz, əgər pislik etsəniz, o da özünüzədir. O biri vəd gələn zaman Biz (rumları) üzünüzü qara etmək üçün və məbədinizə ilk dəfə edildiyi kimi yenə soxulub əllərinə keçən hər şeyi tarmar etmək üçün (göndərdik).
Sabirə Dünyamalıyeva:
-Əgər yaxşılıq etdinizsə, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etdinizsə o da edənin özü üçündür.- Artıq yenidən darmadağın olmaq zamanı gəldikdə sizin üstünüzə güclü qullarımızı yenə göndərəcəyik ki, sizə pislik etsinlər, birinci dəfə girdikləri kim