Kəhf Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.
Bünyadov-Məmmədəliyev:
Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.
Elmir Quliyev :
Воистину, все, что есть на земле, Мы сделали украшением для нее, чтобы испытать людей и выявить, чьи деяния окажутся лучше.
Ələddin Sultanov:
Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onların hansının daha gözəl əməl edəcəyini sınamaq üçün Biz yer üzündə olan şeyləri ona bəzək etdik.
Ələsgər Musayev:
Həqiqətən, Biz ərzdə olanları onun zinəti etdik, onları imtahan etmək üçün ki, hansı onların yaxşıdır əməllə.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət bəzəyi etdik.
Kövsər Tağıyev:
Biz insanların hansının gözəl əməl işlədiyini sınayaq deyə yer üzündəki şeyləri ona bir zinət etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz yer üzündə olanları orada zinət etdik ki, insanları sınayıb görək onlardan hansı əməlcə daha yaxşıdır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz yer üzündə, ona zinət olan şeyləri insanların hansının daha gözəl əməl işləyəcəyini sınamaq üçün etdik.