Əlixan Musayev:
Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.
Bünyadov-Məmmədəliyev:
(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir).
Elmir Quliyev
:
Если даже ты будешь говорить громко, Ему все равно известно тайное и сокрытое.
Ələddin Sultanov:
Sən sözü ucadan söyləsən də (gizli söyləsən də fərqi yoxdur). Həqiqətən, Allah sirri, hətta ondan daha gizli olanı da bilir.
Kerbelayi Malik ağa:
Sən sözü ucadan söyləsən də (söyləməsən də) şübhəsiz ki, O, sirri və daha gizli olanı bilir.
Ələsgər Musayev:
Əgər uca səslə danışasan, həqiqətən, O bilir
sirlini və məxfini.
A.Mehdiyev və D.Cəfərli:
Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).
Kövsər Tağıyev:
Sən sözü aşkara söyləsən də, gizləsən də Allah üçün birdir. Çünki O, gizlini də bilir, ondan daha gizli olanı da.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən səsini yüksəltsən də, (yüksəltməsən də fərqi yoxdur). Çünkü O, sirri də, çox gizli olanı da bilir.
Sabirə Dünyamalıyeva:
Sən səsini qaldırsan, Rəhman şübhəsiz ki, gizlini və gizlinin də gizlisini bilir.