Həcc Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur Allah qəbirlərdə olanları dirildəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Bu (həm belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur Allah qəbirlərdə olanları dirildəcəkdir!
Elmir Quliyev :
потому что Час, в котором нет сомнения, непременно наступит и потому что Аллах воскресит тех, кто в могилах.
Ələddin Sultanov:
Qiyamət vaxtı da gələcəkdir. Bunda heç bir şübhə yoxdur. Allah qəbirlərdə olanları dirildəcəkdir.
Kerbelayi Malik ağa:
Baş verəcəyində şübhə olmayan o saat mütləq gələcəkdir. Şübhəsiz ki, Allah qəbirlərdə olan kəsləri bəas edəcək (dirildəcək).
Ələsgər Musayev:
Həqiqətən, saat gələcəkdir, yoxdur onda şübhə həqiqətən, Allah qaldıracaqdır kim ki, qəbirlərdədir!
A.Mehdiyev və D.Cəfərli:
buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.
Kövsər Tağıyev:
Çünki qiyamət mütləq gələcəkdir. Onda heç bir şübhə yoxdur şübhəsiz, Allah qəbirdəkiləri dirildəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qiyamət gələcəkdir, buna heç bir şübhə yoxdur Allah qəbrlərdə olanları dirildəcəkdir.
Sabirə Dünyamalıyeva:
Qiyamət isə şübhəsiz ki, gələcəkdir. O barədə qətiyyən şübhə yoxdur. şübhəsiz ki, Allah, qəbirlərdə olan kəsləri dirildəcəkdir.