Əlixan Musayev:
Onlar dedilər: “(Bu) necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
Elmir Quliyev
:
Они сказали: "Что это за посланник? Он ест пищу и ходит по рынкам. Почему к нему не был ниспослан ангел, который предостерегал бы вместе с ним?
Ələddin Sultanov:
Onlar dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Bu necə rəsuldur ki, yemək yeyir və bazarlarda gəzir. Nə üçün Ona bir mələk endirilmədi? Beləcə onunla birlikdə xəbərdarlıq edərdi.’
Ələsgər Musayev:
Dedilər: «Nə olub bu rəsula, təam yeyir və bazarlarda gəzir? Məgər nazil olmalı deyilmi ona mələk və olsaydı o, onunla birlikdə nəzərə çatdıran?!
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»
Kövsər Tağıyev:
Dedilər ki: “Bu, necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır. Ona bir mələk endirilməli deyildimi ki, onunla birlikdə bir xəbərdar edən olsun?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: “Bu, necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Olmazdımı ki, ona bir mələk nazil ediləydi və o, onunla birlikdə xəbərdar edən [onu təsdiq edən] olaydı?
Sabirə Dünyamalıyeva:
Və inkar edənlər: "Bu necə elçidir ki, yemək yeyir, küçələrdə gəzir? Ona bir mələk nazil edilsə yaxşı olmazdımı? Beləliklə, onunla birgə xəbərdarlıq edərdi!