Əlixan Musayev:
Bir zaman Musa öz ailəsinə: “Mən, doğrudan da, bir od gördüm. (Qoy) (gedib )ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”– demişdi.
Bünyadov-Məmmədəliyev:
Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız”.
Elmir Quliyev
:
Вот Муса (Моисей) сказал своей семье: "Воистину, я вижу огонь. Я принесу вам оттуда известие или горящую головню, чтобы вы могли согреться".
Ələddin Sultanov:
Bir zaman Musa öz ailəsinə: “Mən (uzaqda) bir od gördüm. Sizə oradan bir xəbər gətirəcəyəm, yaxud bir köz gətirəcəyəm ki, isinəsiniz”, - demişdi.
Kerbelayi Malik ağa:
Musa (ə.s) əhlinə: ‘Həqiqətən mən bir atəş gördüm. Sizə ondan bir xəbər və ya bir (parça) köz halında atəş gətirəcəm, beləcə siz qızınasız deyə.’ demişdi.
Ələsgər Musayev:
Onda dedi Musa öz əhlinə: «Mən od gördüm. Oradan bir xəbər, ya işıqlı bir şölə gətirərəm sizin üçün, ola ki, qızışasınız».
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(ı) ki, Musa öz ailəsinə demişdi: «Mən bir od hiss etdim (uzaqdan gördüm), tezliklə sizə ondan bir xəbər, yaxud (ondan) qoparılmış bir köz gətirərəm ki, bəlkə qızınasınız.»
Kövsər Tağıyev:
Bir vaxt Musa öz ailəsinə: “Mən bir atəş gördüm. Ondan sizə bir xəbər və ya qızınmağınız üçün bir köz gətirəcəyəm” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Musa öz ailəsinə dedi: "Mən bir od gördüm. Ondan sizə ya bir xəbər, ya da bir yanar köz gətirərəm ki, bəlkə siz qızınasınız.”
Sabirə Dünyamalıyeva:
Biz zaman Musa öz yaxınlarına: "Həqiqətən mən bir od gördüm, ondan sizə bir xəbər gətirəcəyəm və yaxud qızınasınız deyə bir köz gətirəcəyəm" demişdi.