Əlixan Musayev:
Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.
Bünyadov-Məmmədəliyev:
Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!
Elmir Quliyev
:
Когда ему читают Наши аяты, он надменно отворачивается, словно он даже не слышал их, словно он туг на ухо. Обрадуй же его вестью о мучительных страданиях.
Ələddin Sultanov:
Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmir və qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə üz çevirir. Sən də ona acı bir əzabla müjdə ver!
Kerbelayi Malik ağa:
Ona ayələrimiz oxunduğu zaman onu eşitməmiş kimi təkəbbürlənərək üz çevirər, onun qulaqlarında vəqra (eşitmə əngəli) varmış kimi. Elə isə onu ağrılı-acılı əzabla xəbərdar et.
Ələsgər Musayev:
Onda ki, tilavat olunur onun üzərinə
ayətlərimiz, təkəbbürcəsinə üz çevirir, elə bil ki, onu eşitməyir,
elə bil ki, qulaqlarında onun ağırlıq var. Bəşarət ver ona ələmli
əzabla!
A.Mehdiyev və D.Cəfərli:
Bizim ayələrimiz (kitabımızın ayələri) ona oxunduğu zaman təkəbbürlə üz çevirir, elə bil onu eşitmir, elə bil hər iki qulağında ağırlıq vardır! Belə isə (ya Peyğəmbər!) sən də ona ağrılı bir əzabla müjdə ver!
Kövsər Tağıyev:
Ona ayələrimiz oxunduğu zaman onları heç eşitməmiş, qulağında bir ağırlıq varmış kimi kibrlənərək üz döndərər. Onu ağrılı-acılı bir əzab ilə müjdələ.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimiz beləsinə oxunan zaman o, sanki heç onları eşitmirmiş kimi, qulaqlarında karlıq varmış kimi təkəbbürlə üz çevirər. Ona üzücü bir əzabın müjdəsini ver.
Sabirə Dünyamalıyeva:
Və ona ayələrimiz oxunduğu zaman, sanki qulaqlarında bir ağırlıq varmış və onları eşitmirmiş kimi təkəbbürlə üz çevirər. Bax onu, çox ağrılı bir əzabla müjdə ver.