Əhzab Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki,
Elmir Quliyev :
Вот Мы заключили завет с пророками, с тобой, Нухом (Ноем), Ибрахимом (Авраамом), Мусой (Моисеем) и Исой (Иисусом), сыном Марьям (Марии). Мы заключили с ними суровый завет,
Ələddin Sultanov:
Bir zaman peyğəmbərlərdən əhd almışdıq; səndən, Nuhdan, İbrahimdən, Musadan Məryəm oğlu İsadan. Biz onlardan möhkəm bir əhd almışdıq.
Kerbelayi Malik ağa:
O zaman ki, Biz nəbilərdən misaq almışdıq. Səndən Hz. Nuhdan Hz. İbrahimdən Hz. Musadan Məryəmoğlu Hz. İsadan çox qüvvətli (möhkəm) bir misaq almışdıq.
Ələsgər Musayev:
Onda götürdük Biz nəbilərdən andlarını onların səndən Nuhdan Ibrahim Musa Isa Məryəm oğlundan. Aldıq onlardan qəliz and -
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab şəriət sahibi idilər başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd peyman aldıq ki, (hamısı bir birini təsdiq edib insanları bir başlanğıca bir dinə sarı dəvət etsinlər)
Kövsər Tağıyev:
Xatırla ki, Biz peyğəmbərlərdən möhkəm söz almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da. Bəli, Biz onlardan möhkəm bir söz almışdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz peyğəmbərlərdən əhd-peyman aldıq - səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da. Onlardan möhkəm bir əhd-peyman aldıq
Sabirə Dünyamalıyeva:
bir vaxt Biz, doğru [danışan] kəslərdən doğruluqlarını xəbər almaq üçün peyğəmbərlərdən; Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu İsadan "möhkəm əhd" almışdıq. Səndən "möhkəm əhd" aldıq.