Əlixan Musayev:
Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi?
Bünyadov-Məmmədəliyev:
Kafirlər (öz aralarında Peyğəmbər əleyhissəlama istehza edərək bir-birinə) dedilər: “Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?
Elmir Quliyev
:
Неверующие сказали: "Указать ли вам на мужа, который возвещает вам, что вы возродитесь в новом творении после того, как полностью распадетесь?
Ələddin Sultanov:
Kafirlər (öz aralarında) belə dedilər: “Tamamilə çürüyüb parçalandıqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir adamı sizə göstərəkmi?
Kerbelayi Malik ağa:
Kafirlər dedilər ki: ‘Siz tamamilə parça-parça olduqdan sonra sizin mütləq yenidən yaradılacağınızı xəbər verən bir adamı sizə göstərəkmi?’
Ələsgər Musayev:
Dedilər o kəslər ki, kafirdirlər: «Dəlalət edəkmi sizə kişini,
hansı ki, xəbər verər sizə, onda ki, külli xırda hissəciklərə
bölündünüz, siz yenidən xəlq olunacaqsınız?
A.Mehdiyev və D.Cəfərli:
Və kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?!»
Kövsər Tağıyev:
Yenə inkar edənlər dedilər: “Çürüyüb ovxalandıqdan sonra sizin yenidən dirildiləcəyinizi söyləyən bir adamı sizə göstərəkmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər (bir-birilərinə) dedilər: "Vücudunuz parça-parça olduqdan sonra yenidən xəlq olunacağınızı sizə xəbər verən bir adamı sizə göstərəkmi?
Sabirə Dünyamalıyeva:
Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] belə dedilər: "Siz çürüyüb, parça-parça dağıldığınız vaxt, mütləq yeni bir yaradılışda olacaqsınız deyə xəbər verən bir adamı sizə göstərəkmi?