Əlixan Musayev:
Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).
Elmir Quliyev
:
Относительно большинства из них сбылось Слово, и они не уверуют.
Ələddin Sultanov:
Həqiqətən, onların əksəriyyəti barəsində söz (əzab hökmü) vacib olmuşdur. Çünki onlar iman gətirməzlər.
Kerbelayi Malik ağa:
And olsun ki, (Allahın) söz(ü) onların çoxunun üzərinə haqq oldu. Artıq onlar amənu olmazlar.
Ələsgər Musayev:
Əlbəttə, haqq oldu söz üzərində əksəriyyətinin və onlar isə inanmırlar.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi – Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.
Kövsər Tağıyev:
And olsun, onların çoxuna o söz (əzab) haqq olmuşdur. Artıq onlar iman etməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirmədiklərinə görə onların çoxu barəsində söz [Allahın hökmü] haqq oldu.
Sabirə Dünyamalıyeva:
And olsun ki, əcdadları xəbərdar edilməmiş bu qövmün əksəriyyəti barəsində Söz gerçək olmuşdur. Artıq onlar inanmazlar.