Zümər Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
Elmir Quliyev :
Если вы не уверуете, то ведь Аллах не нуждается в вас. Он не одобряет неверия для Своих рабов. А если вы будете благодарны, то Он одобрит для вас это. Ни одна душа не понесет чужого бремени. Затем вам предстоит вернуться к вашему Господу, и Он поведает вам о том, что вы совершали. Воистину, Он ведает о том, что в груди.
Ələddin Sultanov:
Əgər inkar edərsinizsə, bilin ki, Allah sizə möhtac deyildir. Buna baxmayaraq O, qullarının inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, O sizin bu şükrünüzdən razı qalar. Heç bir günahkar başqasının günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Allah qəlblərin içindəkini biləndir.
Kerbelayi Malik ağa:
Əgər inkar etsəniz, şübhəsiz ki, Allahın sizə ehtiyacı yoxdur. O, qullarının küfrünə razı olmaz. Əgər şükür etsəniz, sizdən razı olar. (Heç) bir günahkar digərinin (başqasının) günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. Beləcə sizə etdiklərinizi xəbər verəcək. Şübhəsiz ki, O, qəlblərdə olanı biləndir.
Ələsgər Musayev:
Əgər kafir olsanız, həqiqətən, Allah qənidir sizdən. O razı deyil bəndələrinin küfrünə. Əgər şükr etsəniz, ona razı olar sizin üçün. Yoxdur vəzirlik vəzirliknən vəzir axıra sonra Rəbbinizin tərəfinə müraciət edəcəksiniz xəbər verəcək sizə ilə ki, oldunuz əməllilər. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
Əgər küfr etsəniz, şübhəsiz, Allah sizə möhtac deyil (və Ona ziyan vurmursunuz). (Lakin O,) bəndələri üçün küfrü bəyənmir. Əgər şükr etsəniz, sizin üçün onu bəyənir. Heç bir günahkar can başqasının günah yükünü götürməz. Sonra sizin hamınızın dönüşü Rəbbinizə tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir. Çünki o ürəklərdə olanı (zehni təsəvvürləri, təsdiqləri ruhi sifətləri) bilir.
Kövsər Tağıyev:
Əgər inkar etsəniz, şübhəsiz ki, Allah sizin iman etmənizə möhtac deyil. Amma qullarının inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, sizin üçün buna razı olar. Heç bir günahkar başqa bir günahkarın yükünü yüklənməz. Sonra qayıdışınız ancaq Rəbbinizədir. O da sizə etdiklərinizi xəbər verər. Çünki O, qəlblərdə olanı haqqı ilə bilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz küfr etsəniz, (bilin ki,) Allahın sizə əsla ehtiyacı yoxdur O, Öz bəndələrinin küfr etməsinə razı olmaz. Əgər siz şükr etsəniz, O, buna görə sizdən razı qalar. Heç bir günahkar başqa birisinin günahını daşımaz. Sonra siz Rəbbinizə qayıdacaqsınız. O da nələr etmiş olduğunuzu sizə bildirəcəkdir, axı O, ürəklərdə olanları da yaxşı biləndir!
Sabirə Dünyamalıyeva:
Əgər küfr işləsəniz; Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etsəniz/nankorluq etsəniz, bilin ki, Allahın sizə heç bir ehtiyacı yoxdur O, bəndələrinin küfrünü; Özünün məbud rəbb olduğunu bilə-bilə inkar etmələrinə/nankorluğuna razı olmaz. əgər özünüzə verilən nemətlərin əvəzini ödəsəniz, sizin üçün ona razı olar. Heç bir yük daşıyan, bir başqasının yükünü daşımaz. Sonra dönüşünüz ancaq Rəbbinizə olacaq. Beləcə, etdiklərinizi sizə xəbər verəcəkdir. Şübhəsiz ki, O, sinələrin içində gizli olanları ən yaxşı biləndir.