Əhqaf Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara söylənildikdə) kafirlər özlərinə gələn (Quran) barəsində: “Bu, aşkar bir sehrdir!” deyirlər.
Elmir Quliyev :
Когда им читаются Наши ясные аяты, то те, которые не уверовали в истину, когда она явилась к ним, говорят: "Это очевидное колдовство".
Ələddin Sultanov:
Ayələrimiz kafirlərə açıq-aydın oxunduqda haqq olan (Quran) gəldikdə onlar: “Bu, açıq bir sehrdir!” - dedilər.
Kerbelayi Malik ağa:
Onlara ayələrimiz bəyan edilərək oxunduğu zaman haqq (ayələrimiz) onlara gəldikdə kafirlər: ‘Bu, açıq-aşkar bir sehrdir.’ dedilər.
Ələsgər Musayev:
Onda ki, tilavat olunur üzərinə onların aydın ayətlərimiz, dedi o kəslər ki, kafirdirlər, haqq üçün, amma elə ki, onlara gəldi: «Bu, aşkar sehrdir!»
A.Mehdiyev və D.Cəfərli:
Bizim aydın ayələrimiz onlara oxunan zaman kafirlər haqq həqiqət onlara yetişəndə onun barəsində «bu aşkar bir cadudur» deyərlər.
Kövsər Tağıyev:
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman o küfr edənlər Haqq (kitab Qur`an) onlara gəldikdə onun haqqında düşünmədən: “Bu, açıq-aşkar bir sehrdir”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimiz onlara aydın bir şəkildə oxunan zaman özlərinə haqq gəldikdə onu inkar edənlər deyəcəklər: "Bu, açıq-aşkar bir sehrdir."
Sabirə Dünyamalıyeva:
Bizim ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər], özlərinə gələn "haqq" barədə: "Bu, açıq-aydın bir sehrdir!" dedilər.