Maidə Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın sizə göstərdiyi lütfkarlığını siz: “Eşidirik itaət edirik!”– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
Allahın sizə olan nemətini və: “Eşitdik itaət etdik”, - dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları (qəlblərin sirrini) biləndir!
Elmir Quliyev :
Помните о милости Аллаха к вам и завете, который Он заключил с вами, когда вы сказали: "Слушаем и повинуемся". Бойтесь Аллаха, ведь Аллаху известно о том, что в груди.
Ələddin Sultanov:
Allahın sizə olan nemətini və: “Eşitdik itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm Əqəbə Hüdeybiyyədə müsəlmanların Allaha Rəsuluna verdikləri söz kimi təfsir edilmişdir.)
Kerbelayi Malik ağa:
Allahın sizin üzərinizdəki nemətini və: ‘Eşitdik itaət etdik’ dediyiniz zaman sizinlə bağladığı misaqı xatırlayın. Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah sinələrdə olanı ən yaxşı bilər.
Ələsgər Musayev:
Yad edin Allahın sizə olan nemətini o andı ki, sizinlə bağlayıb, onda dediniz: «Eşitdik itaət etdik». qorxun Allahdan! Həqiqətən, Allah Alimdir zatı ilə ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
Allahın sizə olan nemətini «eşitdik itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.
Kövsər Tağıyev:
Allahın sizə olan nemətini “eşitdik, itaət etdik”, dediyiniz zaman ona verdiyiniz sizi onunla bağladığı möhkəm sözü xatırlayın. Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah sinələrin özünü (qəlblərdə olanı) haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın sizə olan nemətini siz: “Eşitdik itaət etdik!" - deyərkən sizinlə bağladığı əhd-peymanı xatırlayın. Allahdan qorxun! Həqiqətən, Allah kökslərin daxilində olanları da bilir.
Sabirə Dünyamalıyeva:
Allahın sizə olan nemətini və: "Eşitdik, itaət etdik" dediyiniz zaman sizdən aldığı [vədi], Allahla bağladığınız "möhkəm əhdi" xatırlayın. Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah sinələrin daxilində olanları çox yaxşı bilir.