Qaf Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik gözoxşayan bitkilərin hər növündən yetişdirdik.
Bünyadov-Məmmədəliyev:
Eləcə yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!
Elmir Quliyev :
Мы простерли землю, установили на ней незыблемые горы и взрастили на ней всякие великолепные пары растений
Ələddin Sultanov:
Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik hər növ gözəl bitki bitirdik.
Kerbelayi Malik ağa:
Yeri döşədik, yaydıq oraya möhkəm dağlar yerləşdirdik. Orada hər cür gözəl bitki növündən yetişdirdik.
Ələsgər Musayev:
Ərzi genişləndirdik Biz onun üzərində möhkəm dayaqlar ucaltdıq onda külli gözəl zövclər göyərtdik
A.Mehdiyev və D.Cəfərli:
Biz yeri sərdik, onda sabit möhkəm dağlar yaratdıq gözəl, qəlbi oxşayan bitkilərin hər sinif cütündən bitirdik.
Kövsər Tağıyev:
Yer üzünü yaydıq orada sabit dağlar yerləşdirdik. Orada növbənöv gözəl cüt bitkilər bitirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Yeri necə döşəyib düzəltdik, oraya möhkəm duranları (dağları) lövbər atdıq orada gözoxşayan hər növ (bitkilər) bitirdik ki,
Sabirə Dünyamalıyeva:
yeri yayıb döşədik orada möhkəm dağlar yerləşdirdik.