Əlixan Musayev:
Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır.
Bünyadov-Məmmədəliyev:
Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
Elmir Quliyev
:
Но они никогда не пожелают этого из-за того, что приготовили их руки. Аллаху известно о беззаконниках.
Ələddin Sultanov:
Ancaq onlar öz əlləri ilə etdikləri günahlara görə əsla onu istəməzlər. Allah zalımları bilir.
Kerbelayi Malik ağa:
Heç bir zaman onu (ölümü) diləməzlər, əlləriylə təqdim etdikləri şeylər səbəbiylə. Allah zalımları ən yaxşı biləndir.
Ələsgər Musayev:
Onlar
təmənna etməzlər onu əbədən, nə ilə ki, hazırlayıb əlləri. Allah
Alimdir zalimlər ilə!
A.Mehdiyev və D.Cəfərli:
Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir.
Kövsər Tağıyev:
Amma onlar daha əvvəl etdikləri əməllər səbəbi ilə əsla ölümü istəməzlər. Allah zalımları haqqı ilə bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə öz əlləri ilə törətdikləri əməllərə görə onu heç vaxt arzulamazlar. Allah haqsızları yaxşı tanıyır!
Sabirə Dünyamalıyeva:
Halbuki onlar, [öz] əlləri ilə qabaqcadan göndərdiyi şeylər/işlədikləri günahlar üzündən, ölümü əsla istəməzlər. Və Allah, səhv; öz zərərinə olan əməli işləyənləri çox yaxşı biləndir.