Əlixan Musayev:
Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
Elmir Quliyev
:
Именно они говорят: "Ничего не тратьте на тех, кто возле Посланника Аллаха, пока они не покинут его". Аллаху принадлежат сокровищницы небес и земли, но лицемеры не понимают этого.
Ələddin Sultanov:
Onlar: “Peyğəmbərin yanında olanlara heç bir şey verməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər bunu anlamazlar.
Kerbelayi Malik ağa:
Onlar (münafiqlər): ‘Rəsulallah ilə birlikdə olanlara infaq etməyin (bir şey verməyin) ki, onlar dağılıb getsinlər.’ deyənlərdir. Səmaların və yerin xəzinələri Allahındır. Lakin münafiqlər idrak edə bilməzlər.
Ələsgər Musayev:
Onlar o
kəslərdir ki, deyirlər: «Infaq etməyin o kəslər üçün ki, Allahın
rəsulu yanındadırlar, ta onlar dağılsınlar!» Allah üçündür
səmaların və ərzin xəzinələri və lakin münafiqlər anlamırlar!
A.Mehdiyev və D.Cəfərli:
Onlar: «Allah Rəsulunun yanında olanlara heç bir şey verməyin ki, (qoy) dağılışsınlar»- deyən kimsələrdir. Halbuki, göylərin və yerin xəzinələri Allaha məxsusdur və lakin münafiqlər (bunu) anlamazlar.
Kövsər Tağıyev:
Onlar “Allah Rəsulunun yanında olanlara (mühacirlərə) heç bir şey verməyin ki, dağılıb getsinlər” deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allahındır. Lakin münafiqlər (bunu) anlamazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar: "Allahın peyğəmbərinin yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər, " - deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
Sabirə Dünyamalıyeva:
Onlar: "Allahın Elçisinin yanında olanlara heç bir şey verməyin, maliyyə dəstəyi göstərməyin, nəticədə dağılışıb getsinlər!" deyirlər. Halbuki göylərin və yer üzünün xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər yaxşıca anlamırlar.