Əlixan Musayev:
Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!
Elmir Quliyev
:
Неверующие полагают, что они не будут воскрешены. Скажи: "Напротив, клянусь моим Господом, вы непременно будете воскрешены, а затем вам непременно сообщат о том, что вы совершили. Это для Аллаха легко".
Ələddin Sultanov:
İnkar edənlər əsla dirildilməyəcəklərini iddia etdilər. De: “Bəli! Rəbbimə and olsun ki, siz dirildiləcəksiniz! Sonra etdiyiniz əməllər mütləq sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır.
Kerbelayi Malik ağa:
İnkar edənlər əsla təkrar dirildilməyəcəklərini zənn etdilər. De ki: ‘Xeyr, Rəbbimə and olsun! Əlbəttə dirildiləcəksiniz. Sonra da etdiyiniz əməlləriniz mütləq sizə xəbər veriləcək.’ Bu Allah üçün asandır.
Ələsgər Musayev:
Güman
edirlər o kəslər ki, kafirdirlər, qaldırılmayacaqlar. De: «Bəli!
And olsun Rəbbimə ki, siz qaldırılacaqsınız, sonra sizə xəbər
veriləcək, nə ilə ki, əməl etmisiniz və bu, üzərində Allahın
yüngüldür!»
A.Mehdiyev və D.Cəfərli:
(Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır».
Kövsər Tağıyev:
İnkar edənlər öldükdən sonra əsla dirildilməyəcəklərini iddia etdilər. De ki: “Heç də elə deyil, Rəbbimə and olsun, mütləq dirildiləcəksiniz, sonra da etdikləriniz sizə, əlbəttə, xəbər veriləcək. Bu, Allah üçün asandır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər bir daha dirildilməyəcəldərini iddia edərlər. De: "Bəli, Rəbbimə and olsun ki siz mütləq dirildiləcəksiniz, sonra isə tutmuş olduğunuz əməllər barədə sizə mütləq xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!"
Sabirə Dünyamalıyeva:
Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] əsla dirildilməyəcəklərinə yanlış olaraq inandılar. De ki: "Əksinə, Rəbbimə and olsun ki, həqiqətən dirildiləcəksiniz, sonra həqiqətən işlədiyiniz əməllər sizə xəbər veriləcəkdir. Və bu, Allah üçün çox asandır."