Müzzəmmil Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır.
Bünyadov-Məmmədəliyev:
Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur).
Elmir Quliyev :
Воистину, днем ты бываешь подолгу занят.
Ələddin Sultanov:
Çünki sənin gündüz məşğul olduğun uzun-uzadı işlərin var.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sənin üçün gündüzlər uzun-uzadı məşğuliyyət vardır.
Ələsgər Musayev:
Həqiqətən, sənin gündüz uzun-uzadı böyük işlərin vardır.
A.Mehdiyev və D.Cəfərli:
əlbəttə, sənin gün ərzində uzun–uzadı işlərin vardır (və ibadət üçün nisbətən az vaxtın qalır).
Kövsər Tağıyev:
Çünki gündüz vaxtı uzun məşğuliyyətin var.
M.Qənioğlu və T.Bilaloğlu:
Çünki gündüz sənin uzun-uzadı (davam edəcək dünyəvi) işlərin vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var.