Naziat Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
onun ardınca təkrar lərzələnəcək.
Bünyadov-Məmmədəliyev:
Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).
Elmir Quliyev :
Вслед за ним последует еще один (второй трубный глас, после которого начнется воскрешение),
Ələddin Sultanov:
Onun ardınca (ikinci dəfə surun üfürülməsi ilə) bir gurultu qopacaq.
Kerbelayi Malik ağa:
Arxasından gələn (ikinci sarsıntı) onu (birinci sarsıntını) izləyəcək.
Ələsgər Musayev:
ardınca onun, bir ardınca.
A.Mehdiyev və D.Cəfərli:
Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
Kövsər Tağıyev:
o sarsıntını ardından gələn başqa bir sarsıntı təqib edəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
onun ardınca sonrakı [bir sarsıntı] da gələcəkdir.
Sabirə Dünyamalıyeva:
Onun arxasından ikinci bir sarsıntı gələcək.