Əlixan Musayev:
Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir.
Bünyadov-Məmmədəliyev:
Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni–Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!
Elmir Quliyev
:
Может ли быть у многобожников договор с Аллахом и Его Посланником, не считая тех, с которыми вы заключили договор у Заповедной мечети? Пока они верны вам, вы также будьте верны им. Воистину, Аллах любит богобоязненных.
Ələddin Sultanov:
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.
Kerbelayi Malik ağa:
Allahın və Onun Rəsulunun yanında müşriklərin necə bir əhdi olar? Məscidi Haram yanında əhd bağladığınız kimsələr müstəsna. Artıq sizin üçün riayət etdikləri şeydə (əhdlərini tutarlarsa) siz də onlar üçün riayət edin (əhdinizi yerinə yetirin). Şübhəsiz ki, Allah təqva sahiblərini sevər.
Ələsgər Musayev:
Müşriklərin Allah yanında və Onun rəsulu yanında necə
əhdi ola bilər, ancaq o kəslərdən başqa ki, qadağan olunmuş
məscidin yanında əhd bağladınız? Hələ sizinlə nə qədər düz
istiqamət etsələr, siz də onlarla düz istiqamətli olun. Həqiqətən,
Allah sevir müttəqiləri!
A.Mehdiyev və D.Cəfərli:
Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.
Kövsər Tağıyev:
Allaha şərik qoşanların Allah qatında və Rəsulu yanında bir əhdi necə ola bilər? Ancaq Məscidi-Həramın yanında saziş bağladıqlarınız istisnadır. Bunlar sizə qarşı dürüst davrandığı müddətcə siz də onlara dürüst davranın. Çünki Allah özünə qarşı gəlməkdən çəkinənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məscidül-Həram yanında əhd bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun peyğəmbəri ilə necə əhdi ola bilər? Nə qədər ki, onlar sizə münasibətdə düzdürlər, siz də onlara münasibətdə düz olun. Həqiqətən, Allah müttəqiləri sevir!
Sabirə Dünyamalıyeva:
Məscidülhəramın yanında əhd bağladıqlarınız istisna olmaqla, şərik qoşan kəslərin Allah yanında və [Onun] Elçisi yanında necə bir əhdi ola bilər? Onlar sizə qarşı doğru-düzgün olduqları müddətcə, siz də onlara qarşı doğru olun. Şübhəsiz ki, Allah, Özünün mühafizəsi altına daxil olan kəsləri sevər.