Zəlzələ Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır.
Bünyadov-Məmmədəliyev:
Kim (dünyada) zərrə qədər yaxşı görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
Elmir Quliyev :
Тот, кто содеял добро весом в мельчайшую частицу, увидит его.
Ələddin Sultanov:
Kim zərrə qədər yaxşı bir görmüşsə, onu (əvəzini) görəcək,
Kerbelayi Malik ağa:
Artıq kim zərrə qədər xeyir işləyərsə, onu görər.
Ələsgər Musayev:
Kim ki, əməl edib misqalın zərrəsi xeyir, görəcək onu.
A.Mehdiyev və D.Cəfərli:
Hər kim bir zərrə ağırlığında yaxşı görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.
Kövsər Tağıyev:
Artıq kim zərrə qədər bir xeyir işləyərsə, onun mükafatını görəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim bir zərrə qədər xeyir tutubsa, onu da görəcəkdir.
Sabirə Dünyamalıyeva:
Hər kim, zərrə qədər xeyir əməl işləsə onu görəcək,