Yunus Surəsi 70. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Onlar bir müddət) dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq.
Bünyadov-Məmmədəliyev:
(Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!
Elmir Quliyev :
Они попользуются мирскими благами, а затем вернутся к Нам. И тогда Мы дадим им вкусить тяжкие мучения за то, что они не уверовали.
Ələddin Sultanov:
Onlar üçün dünyada bir az dolanacaq vardır. Sonra onların dönüşü Bizədir. Sonra da (haqqı) inkar etdiklərinə görə onlara şiddətli əzabı daddıracağıq.
Kerbelayi Malik ağa:
Dünyada bir məta (faydalanmaq) vardır. Sonra onların dönüşləri Bizədir. Sonra da inkar etdiklərinə (kafir olduqlarına) görə onlara şiddətli əzab daddıracağıq.
Ələsgər Musayev:
Mətahdır dünyada, sonra müraciətləri Bizə tərəfdir, sonra şiddətli əzabı daddıracağıq ilə ki, oldular küfr edənlər!
A.Mehdiyev və D.Cəfərli:
(Onların bu iftiradan qazancları) dünyada bir az bəhrələnməkdir. Sonra isə onların qayıdışı Bizə tərəfdir. Onda onlara küfr etdikləri şeyin cəzası olaraq şiddətli əzab daddıracağıq.
Kövsər Tağıyev:
Onlar üçün dünyada (müvəqqəti) bir dolanacaq var. Sonra qayıdışları bizədir. Sonra da inkar etdiklərinə görə onlara şiddətli əzabı daddıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu dünyada (bir qədər) güzəran olar, sonra onlar bizim hüzurumuza qayıdacaqlar, sonra isə etdikləri küfrə görə onlara şiddətli əzab daddıracağıq.
Sabirə Dünyamalıyeva:
O şeylər, dünyada bir mənfəətdir. Sonra dönüşləri ancaq Bizədir. Daha sonra da küfr işlədikləri; bilə-bilə inkar edib qəbul etmədikləri şeylər səbəbiylə onlara o şiddətli əzabı daddıracağıq.