Əlixan Musayev:
(Yusuf) onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
Bünyadov-Məmmədəliyev:
(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi.
Elmir Quliyev
:
Снабдив их провизией, он положил чашу в мешок своего брата. А затем глашатай закричал: "О караванщики! Вы — воры".
Ələddin Sultanov:
Yusif onların yüklərini hazırladarkən su qabını qardaşının yükünün arasına qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı belə səsləndi: “Ey karvandakılar, siz həqiqətən, oğrusunuz!”
Kerbelayi Malik ağa:
Onların yükünü hazırladığı zaman su qabını qardaşının yükünün içinə qoydu. Sonra carçı: ‘Ey karvan əhli, şübhəsiz ki, siz həqiqətən oğrusunuz!’ deyə səsləndi.
Ələsgər Musayev:
Amma elə ki, onların yüklərini hazır etdi, su qabı
qardaşının yükünün içinə qoyuldu. Sonra carçı car çəkdi: «Ay
karvan əhli! Siz, həqiqətən, oğrusunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, onları azuqə və səfər vəsaiti ilə təchiz etdi, (elə həmin ərzaq ölçüsü olan) su piyaləsini qardaşının yükünün içinə qoydu. Sonra bir carçı car çəkdi ki: «Ey karvan əhli, siz doğrudan da oğrusunuz». (Zahirdə məqsəd piyalənin oğurlanması idi, əslində isə onların Yusufu atasından oğurlamaları nəzərdə tutulurdu. Yaxud da belə deyilməsinin səbəbi məsləhət olan zəruri bir şey üçün yalan deməyin caiz olmasıdır.)
Kövsər Tağıyev:
Yusuf onların yüklərini hazırladarkən su qabını qardaşının yükünə qoydurdu. Sonra da bir carçı: “Ey karvan əhli! Siz oğrusunuz”, – deyə haray saldı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların ərzaq yükünü tutarkən o, qardaşının çuvalı içərisinə bir piyalə qoydu, sonra isə birisi car çəkdi: "Ey yolçular. Siz ki, oğrusunuz!"
Sabirə Dünyamalıyeva:
Sonra Yusif onların vacib yüklərini, mallarını hazırlayanda, su qabını qardaşının yükünün içinə qoydu. Sonra bir müəzzin; carçı səsləndi: "Ey karvan! Şübhəsiz ki, siz həqiqətən oğrusunuz!"