Əlixan Musayev:
(Xızır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.
Bünyadov-Məmmədəliyev:
(Xızır: ) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” – dedi.
Elmir Quliyev
:
Он сказал: "Если ты последуешь за мной, то не спрашивай меня ни о чем, пока я сам не поведаю тебе об этом".
Ələddin Sultanov:
O dedi: “Əgər mənimlə gələcəksənsə, səbəbini sənə söyləyənə qədər heç bir şey barəsində məndən soruşma!”
Kerbelayi Malik ağa:
(Xızır ə.s): ‘Mənə tabe olduğun təqdirdə sənə anlatmadığım mövzularda (izah etmədikcə) məndən bir şey soruşma.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Əgər istəyəsən mənə tabe
olasan, gərək məndən bir şey sual etməyəsən, ta onda ki, mən
özüm onun barəsində sənə yad edim».
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
Kövsər Tağıyev:
O isə belə dedi: “O halda, əgər mənə tabe olacaqsansa, mən sənə söyləmədikcə heç bir şey haqqında məndən sual soruşma”.
M.Qənioğlu və T.Bilaloğlu:
Xızır dedi: "Əgər sən mənim ardımca gəlsən, mən özüm xatırlatmasam, heç bir şey haqqında məndən soruşma".
Sabirə Dünyamalıyeva:
Özünə elm və mərhəmət verilən bəndə: "O halda, əgər mənə tabe olacaqsansa, mənə heç bir şey barədə sual vermə, ta ki, mən sənə nəsihət olaraq ondan söz açana qədər."