Əlixan Musayev:
Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin! Çünki (bu) inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”.
Bünyadov-Məmmədəliyev:
Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”.
Elmir Quliyev
:
Они сказали: "Помолись за нас своему Господу, чтобы Он разъяснил нам, какова же она, ведь коровы кажутся нам похожими одна на другую. И если Аллах пожелает, то мы последуем прямым путем".
Ələddin Sultanov:
Onlar belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə cür olduğunu bizə yaxşı-yaxşı izah etsin! Çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah diləsə, əlbəttə, biz doğru yolu taparıq”.
Kerbelayi Malik ağa:
(Onlar) dedilər ki: ‘Bizim üçün Rəbbinə dua et, onun necə olduğunu bizə açıqlasın. Həqiqətən o inək bizə görə digərlərinə bənzəyir. Əgər Allah diləsə, şübhəsiz ki, biz (kəsilməsi əmr olunan inəyi) mütləq taparıq.’
Ələsgər Musayev:
Dedilər: «Dua et bizim üçün Rəbbinə bəyan etsin bizim
üçün nədir o? Həqiqətən, inəklər oxşardır bizim üçün və biz,
İnşAllah, hidayət olunarıq».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq.»
Kövsər Tağıyev:
“Bizim üçün Rəbbinə dua et, de ki, onun necə bir inək olduğunu bizə açıqlasın. Çünki bizə görə inəklər bir-birinə oxşayır. Amma Allah istəsə, əlbəttə ki, taparıq”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Bizim üçün öz Rəbbini çağır, qoy bizə izah etsin ki, o necə olmalıdır ? Axı bizim üçün inəklər bir-birinə bənzərdir. Əgər Allah istəsə, düz yolda olarıq"
Sabirə Dünyamalıyeva:
Onlar: "Bizim üçün Rəbbinə dua et, o, nədir; bizim üçün aşkar etsin, şübhəsiz ki, o inək bizə tam aydın olmadı və şübhəsiz ki, Allah istəsə, biz həqiqətən yönləndirildiyimiz doğru yolu tapanlardan olarıq" dedilər.