Əlixan Musayev:
Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər?
Bünyadov-Məmmədəliyev:
Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. (Və ya onlar hamısı ruziyə şərik olduqları halda, varlılar öz ruzilərini tabeçiliyində olanlara verməzlər. Var-dövlət sahibləri öz ruzilərini onlara tabe olanlarla bərabər bölməyi, onları mallarına şərik etməyi özlərinə rəva bilmədikləri halda, hər şeyin xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik qoşmağı necə rəva görürlər?) İndi onlar Allahın nemətlərini inkarmı edirlər?
Elmir Quliyev
:
Аллах возвысил одних из вас над другими посредством богатства и удела. Но те, которым дарован больший удел, не хотят отдавать его своим рабам, чтобы они не уравнялись с ними. Неужели они отвергают милость Аллаха?
Ələddin Sultanov:
Allah bəzilərinizə digərlərindən daha çox ruzi vermişdir. Daha çox ruzi verilənlər özlərini tabeçiliyində olanlarla bir tutmamaq üçün onlara ruzilərini vermirlər. Onlar Allahın verdiyi neməti inkarmı edirlər?
Kerbelayi Malik ağa:
Allah bir qisminizi digərindən üstün etmişdir. Üstünlük verilən kəslər əllərinin altında olanlara ruzilərini vermirlər ki, bu səbəblə bərabər olarlar (anlamırlar ki, ruzini verən yalnız Allahdır). Onlar Allahın nemətini bilərəkmi inkar edirlər?
Ələsgər Musayev:
Ruzilərdə Allah fəzilət verdi
bəzinizə üzərində bəzinizin. O kəslər ki, fəzilət sahibidirlər, öz
ruzilərini əlləri altında olan qulluqçulara verməzlər ki, onlar o
mal və sərvətdə bərabər olsunlar. Ə, Allahın nemətinəmi qarşı
çalışırlar?
A.Mehdiyev və D.Cəfərli:
Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)
Kövsər Tağıyev:
Allah ruzi barəsində bəzinizi bəzinizdən üstün etdi. Üstün olanlar ruzilərini əllərinin altındakılara verməzlər ki, ruzi baxımından bərabər olsunlar. İndi Allahın nemətinimi inkar edirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər isə saxladıqları kölələrinə öz ruzilərindən vermirlər ki, onlar da özləri ilə bunda bərabər olarlar. Doğrudanmı onlar Allahın nemətini inkar edirlər?
Sabirə Dünyamalıyeva:
Və Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Özlərinə üstünlük verilənlər, öz ruzilərini; yeyib-içməyini, sərvətlərini, əhdnamələrlə himayələrindəki kəslərə, hamısının ruzisi bərabər olmaq üzrə verməzlər. O halda, onlar Allahın nemətini bilə-bilə ört-basdırmı edirlər?