Əlixan Musayev:
O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz.
Elmir Quliyev
:
В тот день Мы созовем всех людей вместе с их предводителями. Тогда те, кому книга будет вручена в правую руку, прочтут ее, и к ним не будет проявлено несправедливости даже величиной с финиковую плеву.
Ələddin Sultanov:
O gün bütün insanları rəhbərləri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ tərəfindən verilənlər öz əməl dəftərlərini oxuyacaq və onlar cüzi bir haqsızlığa belə məruz qalmayacaqlar.
Kerbelayi Malik ağa:
O gün bütün insanları (Allahın təyin etdiyi) imamları ilə çağırarıq. O zaman kitabı sağdan verilən kəslər kitablarını oxuyarlar. (Onlara) zərrə qədər zülm edilməz.
Ələsgər Musayev:
O gün bütün insanları
imamları ilə çağırarıq. Kimin yazısını sağ əlinə verələr, həmin
onlar qiraət edərlər yazılarını və onlara xurma teli qədər zülm
olunmaz.
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar).
Kövsər Tağıyev:
Bütün insanları öz öndərləri ilə birlikdə çağıracağımız günü xatırla. (O gün) kimə kitabı sağından verilərsə, onlar kitablarını oxuyarlar və onlara tük qədər də haqsızlıq edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz bütün insanları öz imamları [başçıları] ilə çağıracağıq. Kitabı [əməl dəftəri] sağ əlinə verilənlər özlərinin Kitabını oxuyub (sevinəcəklər) və onlar bir xurma çərdəyinin teli qədər belə incidilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
O gün Biz, bütün insanları başçılarıyla çağıracağıq. O gün, kimin kitabı sağ əlinə verilsə, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəyirdəyin teli qədər belə haqsızlığa məruz qalmayacaqlar.