Əlixan Musayev:
Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün”.
Bünyadov-Məmmədəliyev:
Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)”.
Elmir Quliyev
:
Они вдвоем двинулись в путь. Когда же они сели на корабль, он сделал в нем пробоину. Он сказал: "Ты сделал пробоину, чтобы потопить людей на нем? Ты совершил тяжкий поступок!"
Ələddin Sultanov:
Beləcə, o ikisi yola düşdülər. Nəhayət, gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. Musa dedi: “Gəmidəkiləri suda boğmaq üçünmü onu deşdin? Həqiqətən, sən pis bir iş gördün”.
Kerbelayi Malik ağa:
Beləcə ikisi (yola) çıxdılar. Gəmiyə mindikləri zaman onu (gəmiyi) deşdi. (Musa ə.s): ‘Onun əhlini (gəmidə olanları) boğmaq üçünmü onu deşdin? And olsun ki, sən böyük bir iş (günah) etdin.’ dedi.
Ələsgər Musayev:
Hər ikisi gedərək,
ta onda ki, gəmiyə mindilər və başladı gəmini deşməyə. Dedi:
«Ə, onun əhlini qərq etmək üçünmü onu deşdin? Sən çox
təəccüblü bir şey etdin!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, gəmiyə mindilər (Xızr balta ilə) onu deşdi. Musa dedi: «Gəmini deşdin ki, onun adamlarını suda qərq edəsən?! Doğrudan da böyük bir faciə törətdin!»
Kövsər Tağıyev:
Bu minvalla yola düşdülər. Nəhayət, bir gəmiyə mindikləri zaman (adam) gəmini deşdi. Musa: “İçindəkiləri suda qərq etmək üçün onu deşdin? Doğrusu qəribə bir iş gördün”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yola düzəldilər və gəlib bir gəmiyə mindilər. Xızır gəmini deşdi. Musa dedi: "Onda olan adamları suya qərq etmək üçünmü onu deşdin? Sən çox pis bir iş tutdun!".
Sabirə Dünyamalıyeva:
Beləcə, ikisi getdilər; nəhayət gəmiyə mindikləri vaxt, özünə elm və mərhəmət verilən bəndə gəmidə qüsurlar meydana gətirdi. Musa: "İçindəkiləri boğmaq üçünmü onu deşdin/onda qüsurlar meydana gətirdin? Həqiqətən sən təəccüblü bir şey etdin!" dedi.