Əlixan Musayev:
İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.
Bünyadov-Məmmədəliyev:
Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).
Elmir Quliyev
:
Каждый из вас войдет туда. Таково окончательное решение твоего Господа.
Ələddin Sultanov:
İçinizdən ora girməyəcək heç kim yoxdur. Bu, Rəbbinin qəti hökmüdür. (Bir rəvayətə görə, bütün insanlar cəhənnəmə girəcək, ancaq Allah-Təala yaxşıları oradan xilas edəcəkdir. Digər bir rəvayətə görə isə, möminlərin cəhənnəmə girmələri, cəhənnəmin üzərindəki Sirat körpüsündən keçmələrindən ibarətdir.)
Kerbelayi Malik ağa:
Sizdən hər kəs mütləq cəhənnəmə varis olacaqsınız (girəcəksiniz). (Bu), sənin Rəbbinin qərar verdiyi qəti bir hökmdür.
Ələsgər Musayev:
Yoxdur
sizdən bir kəs ki, ora varid olmasın. Oldu bu, sənin Rəbbinin
üzərində həll olunmuş hökm.
A.Mehdiyev və D.Cəfərli:
Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.
Kövsər Tağıyev:
(Ey insanlar!) Sizdən cəhənnəmə varmayacaq heç kim yoxdur. Rəbbin üçün bu, qəti olaraq hökmü verilmiş bir işdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən oraya girməyəni olmayacaqdır. Bu, sənin Rəbbin tərəfindən artıq həll olunmuş bir hökmdür.
Sabirə Dünyamalıyeva:
Və Rəbbinin Öz üzərinə götürdüyü qəti bir hökm olaraq, sizin içinizdə elə bir kəs yoxdur ki, cəhənnəmin xarici kənarına/yığışma sahəsinə gəlməsin.