Əlixan Musayev:
Biz onu da, Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.
Bünyadov-Məmmədəliyev:
Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq.
Elmir Quliyev
:
Мы спасли его и Лута (Лота) и привели их на землю, которую Мы сделали благословенной для миров.
Ələddin Sultanov:
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq. (Allah Həzrət İbrahimi, zövcəsi Saranı və qardaşı oğlu Lutu bütpərəstlərin əlindən xilas etmiş və başqa bir məmləkətə qovuşdurmuşdu. Təfsirçilərə görə, bu məmləkət Şam və Fələstin torpaqlarıdır.)
Kerbelayi Malik ağa:
Onu və Hz.Lutu aləmlər içində bərəkətli etdiyimiz yerə gətirib xilas etdik.
Ələsgər Musayev:
Nicat verdik ona və Luta o ərzə tərəf, hansı ki, bərəkətli etmişik
aləmlər üçün oranı.
A.Mehdiyev və D.Cəfərli:
Biz ona və (qardaşı oğlu) Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə (peyğəmbərlərin göndərilmə mərkəzləri və səma dinlərinin yayılma məntəqəsi olan Şam torpaqlarına) doğru hərəkət etsinlər.
Kövsər Tağıyev:
Onu Lut ilə birlikdə qurtarıb aləmlər üçün mübarək yaratdığımız yerə yetişdirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu da, Lutu da aləmlər üçün xeyir-bərəkətli etdiyimiz yerə (göndərib) xilas etdik.
Sabirə Dünyamalıyeva:
İbrahimi də, Lutu da xilas edərək, içində aləmlər üçün bərəkət olan torpaqlara qovuşdurduq.