Əlixan Musayev:
Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız.
Bünyadov-Məmmədəliyev:
(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!
Elmir Quliyev
:
Их будут обносить блюдами из золота и чашами. Там будет то, чего жаждут души и чем услаждаются глаза. Вы пребудете там вечно.
Ələddin Sultanov:
Cənnətdə onların ətrafında qızıl sinilər və qədəhlər dolandırılacaq. Orada ürəklərin istədiyi və gözlərin xoşlandığı hər şey mövcuddur. Siz orada əbədi qalacaqsınız.
Kerbelayi Malik ağa:
Onların ətrafında qızıldan sinilər və qədəhlərlə dolandırılır. Orada nəfslərin istədiyi və gözlərin ləzzət aldığı şeylər vardır. Siz orada əbədi olaraq qalacaq olanlarsınız.
Ələsgər Musayev:
Dolanarlar üzərində onların buludlarla qızıldan və kuzələr
və orada nə iştahaları onu nəfsləri üçün və ləzzət üçün gözlərə.
Siz orada həmişəlik qalacaqsınız.
A.Mehdiyev və D.Cəfərli:
Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz.
Kövsər Tağıyev:
Onlar üçün qızıl sinilər və qədəhlər gəzdirilər. Ürəklərinin istədiyi və gözlərinin xoşladığı hər şey oradadır. Siz orada əbədi qalacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üçün qızıldan sinilər və piyalələr dolandırılacaqdır. Orada ürək istəyən və göz oxşayan şeylər olacaqdır və siz orada əbədi qalacaqsınız.
Sabirə Dünyamalıyeva:
-Allahın mühafizəsi altına daxil olan şəxslərin ətraflarında qızıl sinilər, piyalələr gəzdiriləcək. Orada nəfslərin istədiyi, gözlərin zövq alacağı hər şey var.- Və siz, orada əbədi qalacaqsınız.