Əlixan Musayev:
Onlar fitnə olmayacağını güman etdilər, (beləliklə də) kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldular. Allah onların nə etdiklərini görür.
Bünyadov-Məmmədəliyev:
Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular. (Haqqı görməkdən və eşitməkdən aciz qaldılar). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə (haqqı) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!
Elmir Quliyev
:
Они посчитали, что не будет искушения, и потому стали слепы и глухи. Затем Аллах принял их покаяние, после чего многие из них снова стали слепы и глухи. Аллах видит то, что они совершают.
Ələddin Sultanov:
Onların başına heç bir bəla gəlməyəcəyini zənn edərək kor və kar kimi davrandılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan bir çoxu kor və kar kimi davrandı. Allah onların etdiklərini görəndir.
Kerbelayi Malik ağa:
Etdiklərinin bir fitnə olmayacağını hesab etdilər, beləcə kor və kar (haqqı görməz və eşitməz) oldular. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan bir çoxu kor və kar oldular. Allah onların etdiklərini ən yaxşı görəndir.
Ələsgər Musayev:
Hesab edirlər ki, onlar üçün sınaq yoxdur, və onlar kor və
kar oldular. Sonra qayıtdı Allah üzərlərinə onların. Sonra
onlardan əksəriyyəti kor və kar oldular. Allah Bəsirdir nə ilə
ki, əməldədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (onlar üçün) imtahan və əzab olmayacağını güman etdilər. Beləliklə kor və kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı və tövbələrini qəbul etdi. Yenə onların çoxu kor və kar oldular. Allah onların etdiklərini görəndir.
Kövsər Tağıyev:
(Bu etdiklərində) bir bəla olmayacağını hesab etdilər, kor və kar oldular. Sonra (tövbə etdilər), Allah da onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan çoxu kor və kar oldular. Allah onların əməllərini haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar elə zənn edirlər ki, başlarına heç bir bəla gəlməyəcəkdir. Onlar kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə kor və kar oldu. Allah onların nə etdiklərini yaxşı görür.
Sabirə Dünyamalıyeva:
Və onlar, bir ictimai bəla olmayacağını güman etdilər, [buna görə] kor və kar oldular. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan çoxu kor və kar oldu. Və Allah, onların əməllərini ən yaxşı görəndir.